Bank Of Baku

AMİP piket keçirmək üçün Bakı meriyasına müraciət edib

AMİP piket keçirmək üçün Bakı meriyasına müraciət edib
# 11 sentyabr 2007 14:21 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sentyabrın 20-də Füzuli meydanında piket keçirmək üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, müraciətdə aksiyanın saat 13:00-dan 13:30-a kimi keçirilməsinin nəzərdə tutulduğu göstərilib. Aksiyada hakimiyyətin apardığı sosial-iqtisadi siyasətə etiraz ediləcək. Ə. Orucov bildirib ki, bundan əvvəl partiya eyni tələblə Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirmək üçün BŞİH-ə müraciət edib. Lakin şəhər rəhbərliyi qanunvericiliyə görə, dövlət əhəmiyyətli binaların 300 metr radiusunda kütləvi aksiyaların keçirilməsinin qadağan olunduğunu əsas gətirərək bu piketlərə icazə verməyib: “Füzuli meydanının 300 metr radiusunda dövlət əhəmiyyətli heç bir qurumun binası yerləşmir. Ona görə şəhər rəhbərliyinin başqa bəhanə gətirəcəyini düşünmürük”. O, piketə icazə verilməyəcəyi halda, razılaşdırılmamış aksiyanın keçirilməsi ilə bağlı partiyada müzakirə aparılacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR