Qüdrət Həsənquliyev: “Konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərimiz qəbul olunsa, bu, Azərbaycanda yeni mərhələnin başlanması deməkdir”
- Azərbaycan dövlətinin iqtisadi və siyasi əsasları artıq möhkəmlənib, indi siyasi islahatlar aparmaqla dövləti daha da demokratikləşdirmək, iqtisadi əsasları genişləndirmək, vətəndaş cəmiyyəti qurmaq mümkündür. Bunları həyata keçirməklə Dağlıq Qarabağ problemi, vətəndaş haqları, siyasi və iqtisadi hüquqlar, söz azadlığı ilə bağlı problemləri də aradan qaldırmaq olar. Bu problemlərin həlli üçün isə hökumətin üzərində dövlət nəzarəti ilə yanaşı ictimai və parlament nəzarət də olmalıdır. Hazırkı parlamentin hökumətin fəaliyyətinin nəticələrini müzakirə etməkdən başqa nəzarət mexanizmi yoxdur. Ölkənin demokratikləşməsinin təmin edilməsi üçün ilk növbədə çoxpartiyalı sistemin inkişafı lazımdır. Hazırda ölkədə siyasi partiyaların fəaliyyəti formal xarakter daşıyır, partiyaların heç bir prosesə təsir imkanı yoxdur. Bu fikirlər təkcə müxalifətdə təmsil olunan partiyalara aid deyil, hakimiyyət partiyası və ya iqtidaryönlü partiyalar da eyni vəziyyətdədir. Biz isə hesab edirik ki, cəmiyyətin böyük hissəsinin dəstəyini qazanan partiya hökumətin formalaşdırılması prosesində iştirak etməlidir. Bizim söylədiyimiz təkliflər prezidentin səlahiyyətlərini məhdudlaşdırmır. Sadəcə hökumətin formalaşmasında siyasi partiyaların rolunu artırır. Eyni zamanda hökumətin üzərində əlavə parlament nəzarəti yaradılır, hökumət parlament üzvlərindən formalaşdırılır. Bu, əslində ölkədə vətəndaş birliyinin yaranması, korrupsiyanın kökünün kəsilməsi, məhkəmə hakimiyyətinin bərqərar olması və s kimi müsbət hallara yol açacaq. Siyasi partiyaların hakimiyyətin formalaşdırılmasında iştirak etmək imkanları genişlənəcək ki, bu zaman da inqilablar, üsyanlar, küçə siyasi fəaliyyəti barədə düşüncələrə yer qalmayacaq. Çünki hakimiyyətə gəlmək imkanları xeyli asanlaşacaq.
- Başqa sözlə, Siz Azərbaycanda Türkiyə modelinin tətbiqini arzulayırsınız?
- Xeyr. Orada prezidentin səlahiyyətləri xeyli məhduddur. Biz isə prezidentin səlahiyyətlərinə toxunulmasının tərəfdarı deyilik. Parlament seçkilərində qalib gələn partiya mütləq hökumətin tərkibini prezidentlə razılaşdırmalıdır. Amma hökumətin üzərində əlavə parlament nəzarəti yaradılır. Biz bu modeli hazırlamaq üçün bir çox Avropa ölkələrinin konsititusiyasını öyrənmişik və yerli vəziyyət, mentalitet nəzərə alınıb. Əgər bu təkliflər qəbul olunarsa, bu Azərbaycanda yeni bir mərhələnin başlanması demək olar.
- Ümumiyyətlə, təklifləriniz digər siyasi partiyalar tərəfindən necə qarşılanıb?
- Asim Mollazadə və Aydın Mirzəzadədən başqa demək olar ki, bütün lsiyasətçilər bu təklifi dəstəkləyiblər. Əslində biz belə də gözləyirdik. Çünki bu təkliflərdə prezidentin səlahiyyətləri geniş olaraq qalır, amma hökuməti formalaşdırmaq səlahiyyətləri parlament seçkilərində qalib gəlmiş partiyaya verilir. Əgər həmin partiya təyin olunmuş vaxta qədər hökuməti qura bilmirsə, bu səlahiyyət ikinci yeri tutan partiyaya keçir.
- Sizcə, partiyaların heç bir siyasi təsir gücünə malik olmamasının səbəbi həm də proporsional seçki sisteminin ləğv olunması ilə bağlı deyil?
- Əslində ən böyük səbəb budur. Biz təklif etdiyimiz dəyişikliklərdə proporsional sistemin bərpa olunmasının tərəfdarı kimi çıxış etmişik. Təkliflərdə qarşıdakı parlament seçkilərində parlamentin yarısının proporsional, yarısının isə mojaritar sistem əsasında formalaşmasını, 2015-ci ildə isə tam olaraq proporsional sistemin tətbiqinin labüdlüyünü qeyd etmişik. Biz millət vəkillərinin sayının artırılaraq 150-ə çatdırılmasını da təklif etmişik. Çünki proporsional sistem siyasi partiyaların aktivliyini, təsir imkanlarını artıracaq. Parlamentdə siyasi proseslərlə maraqlanan, diplomatik bacarığı olan, özünə nəzarət edə bilən insanların toplaşmasına şərait yaradır. Mojaritar sistemdə isə siyasətlə heç bir əlaqəsi olmayan adamlar böyük vəsait hesabına bir seçki dairəsində seçiciləri bu və ya digər şəkildə öz tərəfinə çəkməklə parlamentə seçilə bilir. Təəssüf ki, indiki parlamentdə belələri çoxdur. Hazırkı parlamentdə bəziləri müzakirə olunan məsələlərin malhiyyətinə belə varmırlar. Mən proparsional sistemdə də belə halların ola biləcəyini istisna etmirəm. Çünki bəzi partiyalar maliyyələşmə ilə bağlı siyasi proseslərə aidiyyatı olmayan iş adamlarının siyahılarına salınıb, parlamentdə oturmalarına şərait yarada bilərlər. Amma məncə, o nisbət indiki ilə müqayisə olana bilməz. Digər cəhətdən proporsional sistem müəyyən etnik və separatçı bəyanatların aradan qalxmasına səbəb olar. Çünki millət vəkili seçilmək istəyən şəxs biləcək ki, ona bir rayondan yox, bütün Azərbaycandan səs almaq lazımdır.
- Parlamentin payız sessiyasına hansı təklifləriniz olacaq?
- Biz artıq Fazil Qəzənfəroğlu ilə birlikdə Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərimizi parlamentə təqdim etmişik. Həmçinin, partiya referendum layihəsini hazırlayıb, onu da parlament rəhbərliyinə təqdim etmişik. Müzakirəsini gözlədiyimiz məsələlərdən biri də “Təhsil haqqında” qanun layihəsidir. Payız sessiyasında 2008-ci ilin dövlət büdcəsi müzakirə olunacaq. Bununla bağlı da təkliflərimiz səslənəcək.
- Siz həbsdə olan jurnalistlərin azad olunması ilə bağlı təşəbbüsə qoşulan siyasətçilərdənsiniz. Amma bu günlərdə özünüz də “Xural” qəzeti ilə bağlı məhkəmə iddiası qaldırmısınız...
- Bəli, mən jurnalistlərin həbsdən azad edilməsinin tərəfdarıyam. Onlar artıq cəzalarının bir hissəsini çəkiblər, eyni zamanda bu Azərbaycanın beynəlxalq imicinin qorunması üçün çox lazımdır. Əvəz Zeynallını məhkəməyə verməyimin səbəbi isə onun rəhbərlik etdiyi qəzetdə məni sistemli şəkildə təhqir etməsi, böhtana məruz qoymasıdır. O, mənim fəaliyyətimi dəfələrlə tənqid edib və mən buna normal yanaşmışam. Son vaxtlar isə o, rəhbərlik etdiyi qəzetdə məni təhqir edib. Dəfələrlə buna son qoyması ilə bağlı edilən xəbərdarlıqlara, aparılan danışıqlara da məhəl qoymayıb. Bu təhqirlərin qarşısında ya onunla hər hansı formada fiziki güc tətbiq etmək lazımdı. Mən siyasətçiyəm, hüquqşunasam və belə vasitələrdən istifadə etmirəm. O zaman öz hüquqlarımı məhkəmə yolu ilə qorumalıyam. Mən ona qarşı hər hansı cərimə iddiası ilə çıxış etməmişəm. Yalnız etdiyi əmələ görə, cəzalandırılmasını istəmişəm.
- İndi məhkəmə hansı mərhələdədir?
- Bu gün hazırlıq iclası keçirilib. Hakim iddia ərizəsində cavabdehin atasının adının yazılmadığını söyləyərək, ərizəni düzəliş üçün geri qaytarıb. Əslində məhkəmədə Əvəz Zeynallı şəxsiyyət vəsiqəsini təqdim edib və həmin şəxs olduğunu təsdiqləyib. Bir də hakim məhkəmədə yazı müəllifinin tapılmasını istəyib. Məsələ ondadır ki, Ə. Zeynallı yazının ona məxsus olduğunu, bu imzanın sadəcə onun tərəfindən yazı sonuna qeyd edildiyini deyib. Hər halda biz hakimin cavabdehin atasının adının ərizəyə yazılması ilə bağlı iradını düzəltdik. Amma onun söylədikləri sadəcə gülüş doğurur. Biz bu məsələni hakimin təcrübəsizliyini nəzərə alaraq xüsusi qabartmadıq./APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib