Bank Of Baku

Azərbaycan zabiti Ramil Səfərovun Hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

Azərbaycan zabiti Ramil Səfərovun Hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
# 11 sentyabr 2007 15:41 (UTC +04:00)
Bu gün erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib. KŞ-dan APA-ya verilən məlumata görə, iclasda şuranın sədri, millət vəkili Azay Quliyev, üzvləri, millət vəkilləri Qənirə Paşayeva, Zahid Oruc, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və Ramil Səfərovun atası Sahib Səfərov iştirak ediblər. Tədbirdə R.Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı hazırkı vəziyyət müzakirə olunub. Həmçinin, Şuranın üzvlərinin yaxın günlərdə Macarıstana gerçəkləşəcək səfərindən, səfər zamanı R. Səfərovla keçiriləcək görüş və onun hüquqlarının müdafiəsi istiqamətində görüləcək işlərdən danışılıb. Sonda R. Səfərovun müdafiəsi istiqamətində bütün mümkün vasitələrdən istifadə olunması qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR