Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyi Bakının azad edilməsinin ildönümü münasibətilə tədbirlər keçirəcək

Türkiyənin Azərbaycandakı səfirliyi Bakının azad edilməsinin ildönümü münasibətilə tədbirlər keçirəcək
# 11 sentyabr 2007 16:12 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni işğalçılarından azad edilməsinin 89-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək. Səfirliyin mətbuat katibliyindən APA-ya verilən məlumata görə, tədbirlər sentyabrın 12-də başlayacaq. Həmin gün səfirliyin əməkdaşları İstefada Olan Zabitlər Birliyinin və Türkiyə Universitetləri Məzunları Dərnəyinin üzvləri ilə birlikdə Şamaxı və Göyçaya səfər edəcəklər. Səfər çərçivəsində həmin rayonlardakı türk şəhidlikləri, Heydər Əliyevin büstü, soyqırımı abidəsi ziyarət olunacaq. Sentyabrın 15-də saat 11.00-da Bakıdakı Türk Şəhidliyinə çələng qoyulacaq, saat 19.00-da Filarmoniyada xüsusi proqram düzənlənəcək. Proqram çərçivəsində “Nuru Paşa” filmi təqdim olunacaq və müğənnilər Mənsur İbrahimov, Tünzalə Ağayeva, Şəmistan Əlizamanlı və “Muğam” qrupu çıxış edəcək. Sentyabrın 18-də isə Bakı Dövlət Universitetində konfrans keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR