Bank Of Baku

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti bir qrup QHT üzvü ilə görüşüb

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti bir qrup QHT üzvü ilə görüşüb
# 12 sentyabr 2007 08:22 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti bu gün bir qrup QHT üzvü ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycan parlamentinin şəffaflığı, müzakirə olunan məsələlər və qərarların qəbulu zamanı səsvermə prosedurunun vətəndaşlara çatdırılmasının vəziyyəti, prezident seçkiləri öncəsi ölkədəki ictimai-siyasi vəziyyət, söz azadlığı, həbsdə olan jurnalistlər və s. məsələlər müzakirə olunub. Azərbaycanın QHT təmsilçiləri və hüquq müdafiəçiləri Avropa Parlamentinin üzvlərindən həbsdə olan jurnalistlərin azadlığa buraxılmasında yardımçı olmalarını xahiş ediblər. Görüşdə Leyla Yunus, İlqar Məmmədov, Mehman Əliyev iştirak ediblər. Qeyd edək ki, Avropa parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Bakıya sentyabrın 10-da gəlib. Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin səhiyyə və sağlam qida şöbəsinin nümayəndəsi Mari Ann İsler (Fransa), Avropa Parlamentinin ikinci vitse-prezidenti, insan hüquqları şöbəsinin təmsilçisi Bropard Duka Zulomi (Slovakiya), inkişaf bölməsindən Alessandro Battilokkio (İtaliya), nəqliyyat, turizm və iqlim dəyişikliyi şöbəsindən Marina Jan Marinesku (Rumıniya), beynəlxalq münasibətlərə dair məruzəçi Lidi Polfer (Lüksemburq), beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə şöbəsindən Coanna Svoboda (Avstriya) daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR