Bank Of Baku

İranda yaşayan qeyri-fars millətlərini təmsil edən partiya və təşkilatlar Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib

İranda yaşayan qeyri-fars millətlərini təmsil edən partiya və təşkilatlar Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib
# 12 sentyabr 2007 08:52 (UTC +04:00)
İranda yaşayan qeyri-fars millətlərini təmsil edən partiya və təşkilatların yaratdığı Cəbhə sentyabrın 10-da Belçikanın paytaxtı Brüssel şəhərinin Çuman meydanında yerləşən Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Araşdırmalar və İnformasiya Mərkəzinin rəhbəri Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, piketin təşkil olunmasında məqsəd İranda öz tarixi torpaqlarında yaşayan qeyri-fars millətlərinin ana dillərində təhsil hüququndan məhrum edilmələrinə diqqət çəkmək olub. Aksiyadan əvvəl xarici mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Piketdə Azərbaycan türkləri, türkmənlər, ərəblər, bəluclar, lorlar, kürdlər və digər qeyri-fars millətlərinin nümayəndələri iştirak ediblər. Aksiyanın sonunda Cəbhənin beynəlxalq əlaqələr üzrə məsul katibi Əhməd Obalı Avropa Parlamentinə dəvət olunub və qətnaməni təqdim edib. Aksiyaya Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi və qurumun üzvləri də qatılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR