Bank Of Baku

Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin VIII görüşü başlayıb

Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin VIII görüşü başlayıb
# 12 sentyabr 2007 12:24 (UTC +04:00)
Marie Anna İsler Bequin tədbirdə təkcə iqtisadi inkişaf və enerji təhlükəsizliyinə dair deyil, insan hüquqları, söz və mətbuat azadlığı, həbsdə olan jurnalistlər, 2008-ci ilin prezident seçkiləri, demokratik islahatlar, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında müzakirələrin aparılacağını deyib: “Belə çıxmamalıdır ki, biz bu gün təkcə enerji təhlükəsizliyindən danışacağıq. Bizi maraqlandıran bütün sahələrdə müzakirələr aparılacaq”. Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov istənilən mövzuda müzakirələrə hazır olduqlarını bildirib. Baş nazirin müavini Abid Şərifov isə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdiyini, 1992-ci ildən indiyə kimi qurumun xətti ilə Azərbaycana 400 milyon avro kredit ayrıldığını deyib. Onun sözlərin görə, bu vəsaitin 100 milyonu texniki yardım - TACİS xətti ilə həyata keçirilib.
Qeyd edək ki, Marie Anna İsler Bequinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda olduğu müddətdə müdafiə naziri Səfər Əbiyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşəcək. Bundan başqa, qonaqlar həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Mirzə Sakit, Rafiq Tağı və Samir Sədaqətoğlu ilə də görüşəcək. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR