Bank Of Baku

Xətai rayonu ərazisində daha iki DSK-nın yeni inzibati binasının inşası başa çatıb

Xətai rayonu ərazisində daha iki DSK-nın yeni inzibati binasının inşası başa çatıb
# 12 sentyabr 2007 09:13 (UTC +04:00)
Sentyabrın 13-də 34 saylı Xətai ikinci Dairə Seçki Komissiyasının və 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının yeni inzibati binalarının açılış mərasimi olacaq. Xətai rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, mərasimdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, millət vəkillərinin, ictimai-siyasi təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. İnzibati binaların inşasına bu ilin may ayında başlanıb. Hər ikisi doqquz otaqdan ibarət olan binalarda sədr otağı, konfrans zalı, katib otaqları, komissiya üzvləri üçün otaqları, kompüter otaqları, arxiv və s. var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR