Bank Of Baku

ABŞ dövlət katibinin müavini Barri Lovenkron: “Elmar Hüseynov adına mükafat təsis ediləcək”

ABŞ dövlət katibinin müavini Barri Lovenkron: “Elmar Hüseynov adına mükafat təsis ediləcək”
# 12 sentyabr 2007 10:19 (UTC +04:00)
S. Hüseynovun APA-ya təqdim etdiyi məktubda qeyd olunub ki, mərhum jurnalistin adına mükafat təsis edilib: “Sizinlə 2006-cı ilin dekabrında oğlunuzun məzarında görüşəndə söz vermişdim ki, Elmar Hüseynovun qatillərinin tapılması üçün əlimdən gələn köməkliyi göstərəcəyəm və onun xatirəsinin əbədiləşdirilməsi layihəsi üçün maliyyə dəstəyi tapacağam. Mən artıq bu layihə üçün maliyyə dəstəyi tapmışam. Maliyyə dəstəyi vermək istəyən qurumlar Elmar Hüseynov adına mükafat təsis edəcək. Televiziya və qəzet jurnalistləri üçün nəzərdə tutulmuş mükafat araşdırma jurnalistikasının təkmilləşdirilməsinə yönələcək”. Məktubda bildirilib ki, mükafatdan başqa, bu layihə çərçivəsində web-sayt təşkil ediləcək. Bu saytda mükafata təqdim olunan materiallar, E. Hüseynov barədə məlumatlar, onun məqalələri, barəsində hazırlanmış materiallar yerləşdiriləcək. Bundan başqa, həmin saytda forum da təşkil ediləcək: “Mən ABŞ hökumətini tərk edirəm. Ancaq inanın ki, ABŞ hökuməti oğlunuzu unutmayacaq. Yuxarıda qeyd etdiyim layihənin həyata keçirilməsi bunun sübutudur”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR