Bank Of Baku

Azərbaycan Əfqanıstana daha bir taqım göndərəcək

Azərbaycan Əfqanıstana daha bir taqım göndərəcək
# 12 sentyabr 2007 10:27 (UTC +04:00)
Əfqanıstan xarici işlər nazirinin müavini Məhəmməd Kəbir Fərahi Azərbaycanda səfərdədir. APA-nın xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında qonağın səfəri haqqında məlumat verib. O bildirib ki, Əfqanıstan xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini M. K. Fərahinin Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə digər məsələlərlə yanaşı, Azərbaycanın bu ölkədəki sülhməramlı kontingentinin sayının artırılması da müzakirə edilir. Diplomatın sözlərinə görə, hazırda Əfqanıstanda Azərbaycanın 22 hərbçidən ibarət bir taqımı fəaliyyət göstərir: “Azərbaycan NATO-nun müraciətini nəzərə alaraq əlavə bir taqım da göndərəcək”. X. İbrahim Azərbaycanın bərpa işləri, təhsil və digər sahələrdə Əfqanıstana yardım etmək niyyətində olduğunu da söyləyib. Məhəmməd Kəbir Fərahi sabah xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR