Bank Of Baku

Robert Simmons sentyabrın 28-də Bakıya gələcək

Robert Simmons sentyabrın 28-də Bakıya gələcək
# 12 sentyabr 2007 10:28 (UTC +04:00)
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons sentyabrın 28-də Azərbaycana gələcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. O bildirib ki, R. Simmons səfər zamanı Azərbaycanın yüksək səviyyəli rəsmiləri və Azərbaycan-NATO əməkdaşlıq komissiyasının üzvləri ilə görüşəcək. Diplomat bunun ənənəvi səfər olduğunu vurğulayıb. Belə ki, xüsusi nümayəndə ildə iki dəfə - yazda və payızda regiona səfər edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR