Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq getmir”

Xəzər İbrahim: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq getmir”
# 12 sentyabr 2007 11:04 (UTC +04:00)
“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlaması ilə bağlı növbəti görüşünə hazırlıq getmir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. O bildirib ki, dövlət başçılarının görüşlərinin təşkili üçün ilk növbədə hansısa zəmin olmalıdır: “Hazırda Ermənistan tərəfinin tutduğu mövqe bunun üçün heç bir zəmin yaratmır. Əgər Ermənistan tərəfi öz mövqeyinə korrektələr etsə və biz bu ölkənin mövqeyində müsbət dəyişiklik görsək, yüksək səviyyəli rəsmilərin görüşündən söhbət gedə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR