Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanın Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməyəcək”

Məzahir Pənahov: “Azərbaycanın Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməyəcək”
# 12 sentyabr 2007 11:15 (UTC +04:00)
APA-nın məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Venesiya Komissiyasında (VK) Azərbaycanın hökumət nümayəndələri ilə aparılan müzakirələr barədə məlumat verərkən deyib. VK-da keçirilən görüşün növbəti siyasi məsləhətləşmələr olduğunu bildirən M. Pənahov ümumi xarakterli fikir mübadiləsinin aparıldığını söyləyib: “Venesiya Komissiyasının yalnız tövsiyə vermək səlahiyyəti var. Bu tövsiyələr isə dünya təcrübəsindən irəli gələn standartlara uyğun olur”. M. Pənahovun sözlərinə görə, bəzi məsələlər var ki, hələlik onu tətbiq etməyin vaxtı çatmayıb: “Bəzi məsələlərin tətbiqi indiki məqamda mümkün deyil. Seçki komissiyaların paritet əsasla formalaşdırılması bunlardan biridir. Bu, təkcə ölkə rəhbərliyinin səlahiyyətində olan məsələ deyil. Siyasi qurumlar ortaq məxrəcə gəlməli, bunun əsasında da lazımi addımlar atılmalıdır. Bu istiqamətdə çox iş görmək lazımdır”. M. Pənahov bülletenlərin zərflərə qoyulmadan seçki qutusuna atılması ilə bağlı Azərbaycan tərəfinin təklifinə dair ilkin razılığın əldə edildiyini də deyib. O, həmçinin, aparılan müzakirələrlə bağlı əvvəlcədən məlumat vermək istəmədiyini vurğulayıb: “Seçki Məcəlləsinə ciddi dəyişiklik ediləsi deyil. Çünki indiki Məcəllə çox yaxşı hazırlanmış bir sənəddir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR