Bank Of Baku

18 saylı Nərimanov-Nizami DSK-nın yeni binasının açılış mərasimi keçirilib

18 saylı Nərimanov-Nizami DSK-nın yeni binasının açılış mərasimi keçirilib
# 12 sentyabr 2007 11:19 (UTC +04:00)
Bu gün 18 saylı Nərimanov-Nizami seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və ictimaiyyət nümayəndələri iştirak edib. M. Pənahov ölkədə demokratik seçkilərin keçirilməsi üçün bütün istiqamətlərdə müsbət addımların atıldığını və bunun işin nəticəsinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, artıq komissiyalarda yaranmış problemlər, seçkilər vaxtı üzə çıxan çatışmazlıqların sayı kifayət qədər azalıb. MSK sədri ölkədəki bütün DSK-ların iş şəraitinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görüldüyünü vurğulayıb.
Qeyd edək ki, 18 saylı DSK Nərimanov və Nizami rayonlarının bir hissəsini əhatə edir. Dairədəki 29 seçki məntəqəsinin 13-ü Nərimanov, 16-sı isə Nizami rayonunun ərazisindədir. Dairənin 41 mindən çox seçicisi var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR