Bank Of Baku

BMT Baş Assambleyasının sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinə Elmar Məmmədyarov rəhbərlik edəcək

BMT Baş Assambleyasının sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinə Elmar Məmmədyarov rəhbərlik edəcək
# 12 sentyabr 2007 11:32 (UTC +04:00)
BMT Baş Assambleyasının 62-ci sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib. O bildirib ki, nümayəndə heyəti Nyu-Yorka sentyabrın 24-25-də yola düşəcək. Sessiyanın gündəliyinin layihəsinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və GUAM-ın təşəbbüsü ilə “dondurulmuş” münaqişələrə dair məsələlərin salındığını xatırladan diplomat deyib ki, sentyabrın 21-də gündəlik təsdiqlənəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR