Bank Of Baku

Aleksandr Yakovenko: “Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair komissiyanın növbəti iclası oktyabrda keçiriləcək”

Aleksandr Yakovenko: “Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair komissiyanın növbəti iclası oktyabrda keçiriləcək”
# 12 sentyabr 2007 11:41 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Rusiya xarici işlər nazirinin müavini, Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair komissiyanın həmsədri Aleksandr Yakovenko verib. Onun sözlərinə görə, komissiyanın iclasının baş tutması Azərbaycan tərəfinin hazırlığından asılıdır: “Bundan başqa Rusiya tərəfinin delimitasiyaya dair bəzi texniki problemləri var, hazırda bu məsələlər tədqiq olunur. Zərurət olsa, növbəti iclasa kimi ekspertlərin daha bir işçi görüşü keçirilə bilər”. Aleksandr Yakovenko Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyası prosesinin ləng getməsi barədə iddiaları əsassız sayıb: “Bu, kifayət qədər incə məsələdir, burada çoxlu sayda texniki məsələlər var. Hazırda biz bu məsələlərin üzərində işləyirik”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR