Bank Of Baku

Deputat Adil Əliyev 20 saylı seçki dairəsinin ərazisində yaşayan müəllim, tələbə və şagirdləri Qubadakı kütləvi məzarlığa aparacaq

Deputat Adil Əliyev 20 saylı seçki dairəsinin ərazisində yaşayan müəllim, tələbə və şagirdləri Qubadakı kütləvi məzarlığa aparacaq
# 12 sentyabr 2007 11:42 (UTC +04:00)
Milli Məclisin üzvü Adil Əliyev deputat seçildiyi 20 saylı seçki dairəsinin ərazisində yaşayan müəllim, tələbə və şagirdləri Qubada aşkarlanan kütləvi məzarlığa ekskursiyaya aparacaq. Bu barədə APA-ya məlumat verən Adil Əliyev ekskursiyanın sentyabrın 16-da həyata keçiriləcəyini bildirib. O, şagird və tələbələrin kütləvi məzarlığı öz gözləri ilə görməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Şagird və tələbələrimiz XX əsrin əvvəlində azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi ərazini görməlidir. Bu, onlarda vətənpərvərlik hissinin güclənməsinə kömək edəcək”. A. Əliyevin sözlərinə görə, səfərdə 20 saylı seçki dairəsinin ərazisində yerləşən 6 orta məktəbin hər birindən şagird və müəllimlər, eyni zamanda həmin məktəblərin məzunları olan tələbələr iştirak edəcək. A. Əliyev bu gün deputat seçildiyi dairənin ərazisində yerləşən orta məktəblərin yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunan məzunlarına müxtəlif hədiyyələr payladıqlarını da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR