Bank Of Baku

Yeni Azərbaycan Partiyası qəbul imtahanlarında 700 bal toplamış tələbələrə ayda 50 manat təqaüd verəcək

Yeni Azərbaycan Partiyası qəbul imtahanlarında 700 bal toplamış tələbələrə ayda 50 manat təqaüd verəcək
# 12 sentyabr 2007 11:49 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu il ali məktəblərə yüksək balla qəbul olan tələbələr və ötən dərs ilində “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda məktəblilər arasında keçirilən ümumrespublika olimpiadasının qalibləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, olimpiadada qalib gələn məktəblilərdən 4-ü bu il ölkənin ali təhsil müəssisələrinə daxil olub. Partiya qəbul imtahanlarında maksimum nəticə göstərmiş 3 abituriyent 50 manat təqaüd təsis edib. Görüşdə çıxış edən Milli Məclisin elm və təhsil məsələləri komissiyasının sədri Şəmsəddin Hacıyev isə bu tələbələrin Azərbaycanın inkişafında xüsusi xidmətləri olacağına inandığını deyib. Onun sözlərinə görə, bu il İqtisad Universitetinə daxil olan 700-dən çox tələbə qəbul imtahanlarında 600-dən artıq bal toplayıblar. Daha sonra yüksək bal toplayaraq ali məktəbə daxil olan tələbələrə mükafatlar və hər ay təqaüd almaq üçün kartlar təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR