Bank Of Baku

Müxalifət partiyaları BAXCP-nin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkliflərini dəstəkləyiblər

Müxalifət partiyaları BAXCP-nin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkliflərini dəstəkləyiblər
# 12 sentyabr 2007 12:21 (UTC +04:00)
APA-nın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev təqdim etdikləri təkliflərdə parlament seçkilərinin proporsional sistemlə keçirilməsi, hökumətin formalaşmasında parlamentdə qələbə qazanmış partiyaların iştirak etməsinin əksini tapdığını, bunun da partiyaların ölkənin həyatında daha aktiv iştirakına səbəb olacağını deyib. Təklif olunan layihədə prezidentin səlahiyyətlərinin geniş olaraq qaldığını deyən Q. Həsənquliyevin sözlərinə görə, proses mərhələli şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, təkliflərdə 2010-cu ildə keçiriləcək parlament seçkilərində 50 faiz majoritar, 50 faiz isə proporsional olmaqla qarışıq sistemin tətbiqi, 2015-ci ildə isə tam proporsional sistemlə seçki keçirilməsi və deputatların sayının daha 25 nəfər artırılaraq, 150-yə çatdırılması əksini tapıb. BAXCP sədri təkliflərin qəbulunun partiyaların siyasi həyatda rolunun artmasına səbəb olacağını da deyib.
Tədbirdə çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Yeni Azərbaycan Partiyasının (YAP) bu təkliflərin qəbulunda maraqlı olacağına ümid etdiyini deyib: “Bu sistemə keçiləcəyi təqdirdə, həm YAP-ın, həm də digər partiyaların siyasi aktivliyi və ölkənin idarə olunmasına təsir imkanları genişlənər”. O, prezidentin səlahiyyətlərinin saxlanmasında da heç bir antidemokratik halın olmadığını qeyd edib: “Prezidentin səlahiyyətlərinin genişliyi demokratik dəyərlərin inkişafının qarşısını almamalıdır. Məsələn, bu gün ABŞ-da prezident hakimiyyəti var, amma bu ölkə kifayət qədər demokratik şəkildə idarə olunur”. A. Hacılı təmsil etdiyi partiyanın müzakirələr zamanı bu təklifi qəbul edəcəyini də diqqətə çatdırıb.
Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə bu təkliflərlə bağlı işçi qrupun yaradılmasını təklif edib. Toplantıda çıxış edən digər partiyaların funksionerləri də Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təklifləri dəstəklədiklərini deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR