Bank Of Baku

Avropa Şurasının nümayəndə heyəti Lənkəran rayonunda olub

Avropa Şurasının nümayəndə heyəti Lənkəran rayonunda olub
# 12 sentyabr 2007 12:51 (UTC +04:00)
Avropa Şurasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti sentyabrın 11-12-də Lənkəran rayonunda olub. APA-nın cənub bürosunun məlumatına görə, iki günlük səfər müddətində qonaqlar rayonda yaşayan azsaylı xalqların, o cümlədən talışların həyat şəraiti, təhsili və mədəniyyəti ilə yaxından tanış olublar. Onlar şəhər İcra Hakimiyyətində, Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar Kollecində, şəhər Təhsil Şöbəsində görüşlər keçiriblər. AŞ üzvləri rayonun Separadi kənd Mədəniyyət Evinin “Bacılar” talış folklor ansamblının çıxışına maraqla tamaşa ediblər. Səfərin nəticələri ilə bağlı xüsusi hesabat hazırlanacaq. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR