Bank Of Baku

ADP sədrinin danışmanlıq institutu yaradılıb

ADP sədrinin danışmanlıq institutu yaradılıb
# 12 sentyabr 2007 13:33 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasında (ADP) sədrin danışmanlıq (məsləhət) institutu yaradılıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ali Məclisin iyunun 16-da qəbul etdiyi qərara əsasən belə qurum formalaşdırılıb. Danışmanlıq institutunun yaradılmasında məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək, mühacir ADP-çiləri və partiya tərəfdarlarını təşkilatlandırmaq, ADP ilə xarici ölkələrin demokratik siyasi intstitutları arasında əlaqələr yaratmaqdır. S. Cəlaloğlunun sərəncamı ilə Natiq Cəbiyev siyasi mühacirətdə olduğu İsveç dövlətində partiya sədrinin danışmanı (məsləhətçi, müşavir) təyin edilib. Yaxın vaxtlarda Norveç, Almaniya, Fransa, Hollandiya və bir sıra Avropa ölkələrində də ADP sədrinin danışmanları müəyyənləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR