Bank Of Baku

Əli Əhmədov: “Majoritar seçki sisteminin siyasi partiyaların fəaliyyətini zəiflətdiyi haqda deyilənlərin ciddi əsası yoxdur”

Əli Əhmədov: “Majoritar seçki sisteminin siyasi partiyaların fəaliyyətini zəiflətdiyi haqda deyilənlərin ciddi əsası yoxdur”
# 12 sentyabr 2007 13:36 (UTC +04:00)
“Majoritar seçki sisteminin siyasi partiyaların fəaliyyətini zəiflətdiyi haqda deyilənlərin ciddi əsası yoxdur”. APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib ki, indi bütün diqqət prezident seçkilərinin uğurla nəticələnməsinə yönəlib: “Azərbaycanda parlament seçkiləri 2005-ci ildə keçirilib və növbəti parlament seçkiləri 2010-cu ildə keçiriləcək. İndidən iki seçki kampaniyasından sonra keçiriləcək parlament seçkiləri haqda danışmaq tezdir”. Ə. Əhmədov dünyanın bir çox ölkələrində majoritar seçki sisteminin tətbiq olunduğunu qeyd edib: “Bir çox ölkələrində majoritar seçki sistemi tətbiq olunsa da, kifayət qədər partiyalar normal fəaliyyət göstərirlər. Azərbaycanda hər hansı partiya zəifləyirsə, bunun səbəbi seçki sistemində deyil. Digər tərəfdən, Azərbaycanda bütövlükdə partiyaların hamısı zəifləməyib. Əksinə, Yeni Azərbaycan Partiyasının mövqeləri günü-gündən güclənir. Əgər hansısa partiyanın mövqeləri zəifləyirsə, bunun əsl səbəblərini axtarıb tapmaq lazımdır. Seçki sisteminin buna heç bir aidiyyəti yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR