Bank Of Baku

Respublika Baş Prokurorluğu: “Fövqəladə Hallar Nazirliyində heç bir yoxlama aparılmır”

Respublika Baş Prokurorluğu: “Fövqəladə Hallar Nazirliyində heç bir yoxlama aparılmır”
# 12 sentyabr 2007 13:36 (UTC +04:00)
Bunu APA-ya Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev deyib. V. Əliyev bildirib ki, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 185 ünvanında tikilməkdə olan binanın uçması ilə bağlı cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır, iş üzrə təqsirli olan şəxslər müəyyənləşdirilir. Bununla bağlı müəyyən rəylər, sənədlər yoxlanılır: “Amma prokurorluq Fövqəladə Hallar Nazirliyində heç bir yoxlama aparmır”.
Qeyd edək ki, “Gün Səhər” qəzeti Baş Prokurorluğun Fövqəladə Hallar Nazirliyində yoxlama aparması barədə xəbər dərc edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR