Bank Of Baku

Əli Əhmədov: “Prezident seçkilərinin demokratik dəyərlərə uyğun şəkildə keçirilməsi üçün partiya olaraq üzərimizə böyük məsuliyyət düşür”

Əli Əhmədov: “Prezident seçkilərinin demokratik dəyərlərə uyğun şəkildə keçirilməsi üçün partiya olaraq üzərimizə böyük məsuliyyət düşür”
# 12 sentyabr 2007 13:39 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının malik olduğu bütün resurslar dəyərləndirilir və bu dəyərləndirmələr əsasında partiyanın seçki konsepsiyası müəyyənləşdiriləcək. Bu konsepsiya əsasında seçki kampaniyasını uğurla həyata keçirmək mümkün olacaq”. APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib ki, YAP seçkilərlə əlaqədar ciddi işlər aparır və bu işlərin mahiyyətində iqtidar partiyası kimi 2008-ci ilin prezident seçkilərində yüksək nəticə əldə etmək durur. O, 2008-ci il prezident seçkilərinin YAP üçün uğurla nəticələnəcəyini də deyib: “Bunun üçün ciddi əsaslar var. İlham Əliyev prezident seçiləndən sonra Azərbaycanın bütün sahələrində inkişaf və yeniləşmə istiqamətində işlər görülüb. Bu faktlar İlham Əliyevin yüksək reytinqini təmin edib. Qarşıdan gələn prezident seçkilərində iştirak edəcək İlham Əliyevin uğur qazanacağına heç kimdə şübhə yoxdur. Amma eyni zamanda seçkinin demokratik dəyərlərə uyğun şəkildə keçirilməsi üçün partiya olaraq üzərimizə böyük məsuliyyət düşür. Biz bu məsuliyyəti dərk edir və müvafiq işlər aparırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR