Bank Of Baku

Azərbaycan parlamentinin sədri İran-Azərbaycan Dostluq Qrupunun sədri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan parlamentinin sədri İran-Azərbaycan Dostluq Qrupunun sədri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 12 sentyabr 2007 14:18 (UTC +04:00)
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov İran-Azərbaycan Dostluq Qrupunun sədri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentdən APA-ya verilən məlumata görə, spiker Azərbaycanla İran arasında münasibətlərin uğurla inkişaf etdiyini, istər iki ölkənin parlamentləri səviyyəsində, istərsə də digər sahələrdə əməkdaşlığın qənaətbəxş vəziyyətdə olduğunu deyib. O, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsinə imkan yaratdığını qeyd edib. Öz növbəsində, Ə. Qəzai iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib. O, İran parlamentində fəaliyyət göstərən İran-Azərbaycan Dostluq Qrupunun parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfəsini verdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR