Bank Of Baku

Azərbaycan gəncləri Avropa Şurasının “Gənc Aktiv Vətəndaş” mükafatına layiq görülüb

Azərbaycan gəncləri Avropa Şurasının “Gənc Aktiv Vətəndaş” mükafatına layiq görülüb
# 12 sentyabr 2007 14:39 (UTC +04:00)
“Gələcəyə körpü” Gənclər İctimai Birliyi 2006-2007-ci ildəki fəaliyyətinə görə Avropa Şurasının “Gənc Aktiv Vətəndaş” mükafatına layiq görülüb. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin ümumi şöbəsindən məlumat verilib. Avropa Şurasının 2004-cü ildən təsis etdiyi bu mükafat gəncləri cəmiyyətin həyatında fəal iştiraka cəlb etmək və gənclər arasında ictimai fəaliyyəti stimullaşdırmaq məqsədi daşıyır. Mükafat gənclərin yerli və regional səviyyədə həyata keçirdikləri uğurlu layihələrə görə təqdim olunur. Bu il oktyabrın 4-də İsveçin Malmö şəhərində mükafatın təntənəli təqdimat mərasimi keçiriləcək. 2006-2007-ci illərdəki fəaliyyətinə görə seçilən gənclərə mükafatı Avropa Şurasının baş katibi Terri Devis təqdim edəcək. Qeyd edək ki, mükafat hər il Avropa məkanında fəaliyyət göstərən 5 gənclər təşkilatına təqdim olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR