Bank Of Baku

Ombudsman Avropa Şurasının ekspertlərini qəbul edib

Ombudsman Avropa Şurasının ekspertlərini qəbul edib
# 12 sentyabr 2007 14:56 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Avropa Şurasının ekspertləri “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin üzvləri Josef Marko (Avstriya), Dalibor Jilek (Çexiya Respublikası), Bohumila Feretsuhova (Slovakiya) və Fransua Kempfi (Fransa) qəbul edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda milli tolerantlığın təmin edilməsi, bu sahədə Ombudsmanın fəaliyyəti və bununla bağlı digər məsələlər müzakirə edilib.
E. Süleymanova qeyd edib ki, çoxmillətli dövlət olan Azərbaycanda milli azlıqlar və azsaylı xalqlar ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi yaşayırlar. Ombudsman yanında milli azlıqların işi üzrə məsləhətçinin fəaliyyət göstərdiyi, milli azlıqların sıx yaşadığı yerlərdə əhali ilə görüşlərin keçirildiyi, onların hüquqi maarifləndirilməsi məqsədi ilə treninq-məşğələlərin təşkil edildiyi diqqətə çatdırılıb. E. Süleymanova “Azlıqların hüquqlarının müdafiəsi üzrə Ombudsmanlar şəbəkəsi”nin yaradılmasının təşəbbüskarı olduğunu da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR