Bank Of Baku

AŞ PA Monitorinq Komitəsində Azərbaycan üzrə həmməruzəçilərin məlumatları dinlənilib

AŞ PA Monitorinq Komitəsində Azərbaycan üzrə həmməruzəçilərin məlumatları dinlənilib
# 12 sentyabr 2007 15:11 (UTC +04:00)
A. Herkel APA-ya açıqlamasında məruzəçilərin məlumatlarında söz azadlığı, siyasi məhbuslar və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı məsələləri xüsusilə qabartdıqlarını söyləyib. Azərbaycanda son vaxtlar jurnalist həbslərinin və media ilə bağlı məhkəmə iddialarının çoxaldığını söyləyən A. Herkel bildirib ki, AŞ PA-da “Diffamasiya haqqında” qanunla bağlı xüsusi məruzə hazırlanacaq. A. Herkel əfv fərmanının gecikməsindən də narahatlıqlarını ifadə etdiklərini söyləyib.
A. Herkel məlumatının Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı hissəsində seçki komissiyalarının paritet əsaslarda formalaşması məsələsi ilə bağlı müzakirələri xüsusi qeyd edib. Onun sözlərinə görə, yaxın vaxtlarda Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı irəliləyiş olmasa, onlar AŞ PA-nın payız sessiyasından sonra deklarasiya hazırlayacaqlar: “Bu sənədi Monitorinq Komitəsi də qəbul edə bilər, AŞ PA-nın gündəliyinə də çıxarılması mümkündür”. Həmməruzəçi hesab edib ki, Azərbaycan nail olduğu iqtisadi inkişafla yanaşı Avropa Şurasının layihələrini də inkişaf etdirməli, ədliyyə və məhkəmə sistemində islahatlara nail olmalı, media sahəsində layihələri maliyyələşdirməlidir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR