Bank Of Baku

Mahmud Məmmədquliyev: ““Aqo” Qrupu ilə gələcəkdə də sıx əməkdaşlıq edəcəyik”

Mahmud Məmmədquliyev: ““Aqo” Qrupu ilə gələcəkdə də sıx əməkdaşlıq edəcəyik”
# 12 sentyabr 2007 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev söyləyib. O, “Aqo” Qrupunun məruzəsi ilə hələlik tanış olmadığını deyib: “Əgər məruzə hazırlanıbsa, həmin sənədlə tanış olacağam. Biz onlarla gələcəkdə sıx əməkdaşlıq edəcəyik”. Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Bakıda keçirilən VIII görüşü barədə məlumat verən M. Məmmədquliyev Azərbaycandan hər şeyi ideal səviyyəyə çatdırmağı tələb etməyin düzgün olmadığını söyləyib: “14 il əvvəl ilə müqayisədə indi xeyli inkişaf var. Təbii ki, Avropa Birliyi ilə əməkdaşlıq etmək lazımdır. Biz qanunvericiliyin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlığı davam etdirəcəyik”. M. Məmmədquliyev həbsdə olan jurnalistlərin məsələsinin öz həllini tapacağına ümid etdiyini vurğulayıb: “Bu, siyasi yox, hüquqi məsələdir. Ona görə də məsələ hüquqi müstəvidə həll edilməlidir. Həm qanunvericilik, həm də jurnalistlərin peşəkarlığı məsələlərinə birgə baxılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR