Bank Of Baku

Ann Dersi: “Qəbələ RLS-in müştərək istifadəsi müzakirələrin nəticəsindən asılı olacaq”

Ann Dersi: “Qəbələ RLS-in müştərək istifadəsi müzakirələrin nəticəsindən asılı olacaq”
# 12 sentyabr 2007 16:08 (UTC +04:00)
“Ola bilər ki, Qəbələ Radiolokasiya Stansiyasından müştərək qaydada istifadə edilsin”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O bildirib ki, ABŞ kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və insan alveri ilə mübarizə sahəsində Azərbaycanla yaxından əməkdaşlıq edir: “Qəbələ Radiolokasiya Stansiyasının müştərək istifadəsinə gəlincə, deyə bilərəm ki, bununla bağlı Rusiya bizə təklif ünvanlayıb. Stansiyanın müştərək istifadəsi müzakirələrin nəticələrindən asılı olacaq”. A. Dersi onu da vurğulayıb ki, Qəbələ RLS-ə Azərbaycan, Rusiya və ABŞ ekspertlərinin birgə səfəri sentyabrın 18-19-da reallaşa bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR