Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində ABŞ Sülh Korpusunun 51 təlimçisinin andiçmə mərasimi keçirilib

Azərbaycanın Sumqayıt şəhərində ABŞ Sülh Korpusunun 51 təlimçisinin andiçmə mərasimi keçirilib
# 12 sentyabr 2007 16:47 (UTC +04:00)
Bu gün Azərbaycanın Sumqayıt şəhərində ABŞ Sülh Korpusunun 51 təlimçisinin andiçmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi, Təhsil, İqtisadi İnkişaf, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və digər rəsmi dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Sülh Korpusunun Azərbaycan üzrə ölkə direktoru Zoltan Szigeti bildirib ki, andiçmədən sonra təlimçilər Azərbaycanın 26 rayonunda müxtəlif təşkilatlarda və məktəblərdə öz bilik və bacarıqlarını, həmçinin Qərb təcrübəsini işlədikləri müəssisənin və yaşadıqları icmanın inkişafı üçün tətbiq edəcəklər. Təşkilat nümayəndəsinin sözlərinə görə, Sülh Korpusu ABŞ-ın dövlət təşkilatıdır və 1961-ci ildə keçmiş prezident Con F. Kennedi tərəfindən təsis olunub. Sülh Korpusunun məqsədi dünyada sülh və əmin-amanlığın qorunmasını möhkəmləndirmək üçün xalqların bir-birini tanıması, bir-birinin mədəniyyətlərini öyrənməsini təmin etmək və inkişaf etməkdə olan ölkələrə mütəxəssislər vasitəsilə yardım göstərməkdir. Hazırda Sülh Korpusunun dünyanın 70-dən çox ölkəsində 8 mindən çox könüllüsü fəaliyyət göstərir. Sülh Korpusunun Azərbaycan nümayəndəliyi 2003-cü ildə yaradılıb. Hazırda korpusun Azərbaycanda 3 proqramı - İcmanın iqtisadi inkişafı proqramı, Gənclərin inkişafı proqramı və İngilis dilinin tədrisi proqramı fəaliyyət göstərir. Bu il iyunun 27-də Sülh Korpusu könüllülərinin beşinci qrupu Azərbaycana gəlib. Onlar Sumqayıt ətrafındakı 7 kənd və qəsəbədə - Saray, Ceyranbatan, Tağıyev, Kotec, Corat, Tuğ-zavod və Sumqayıt stansiyası qəsəbələrində yerli azərbaycanlı ailələrdə yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR