Bank Of Baku

Vasif Talıbov İranın Qərbi Azərbaycan valisinin müavinini qəbul edib

Vasif Talıbov İranın Qərbi Azərbaycan valisinin müavinini qəbul edib
# 13 sentyabr 2007 07:58 (UTC +04:00)
Vasif Talıbov İranın Qərbi Azərbaycan valisinin müavini Cəmşid Məhəmmədzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, görüşdə V. Talıbov iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb, ölkə başçılarının sonuncu görüşünün bu əlaqələrin daha da inkişafına zəmin yaratdığını bildirib. O, İran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan daimi avtobus marşrutunun açılmasını vacib addımlardan biri kimi qiymətləndirib. Ötən il Qərbi Azərbaycan vilayətinə etdiyi səfəri xatırladan Ali Məclis sədri Naxçıvanda kartofçuluğun inkişafı istiqamətində birgə əməkdaşlığını davam etdirildiyini, Naxçıvanda müxtəlif sahələrin daha da inkişafı istiqamətində Qərbi Azərbaycan vilayətinin təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib. Öz növbəsində Cəmşid Məhəmmədzadə Naxçıvan və Qərbi Azərbaycan vilayəti arasında ayrı-ayrı sahələrdə qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını qeyd edib, Qeyd edək ki, görüşdə İranın Naxçıvan MR-dəki baş konsulu Seyid Məhəmməd Təbatəbai də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR