Bank Of Baku

Azərbaycan prezidentinin Litvaya rəsmi səfəri başlayıb

Azərbaycan prezidentinin Litvaya rəsmi səfəri başlayıb
# 13 sentyabr 2007 08:19 (UTC +04:00)
O bildirib ki, yerli vaxtla saat 10.00-da iki ölkə prezidentləri İlham Əliyev və Valdas Adamkusun təkbətək görüşü başlayacaq. Bir saat sonra danışıqlar geniş formatda davam etdiriləcək. Sonra İ. Əliyev Azərbaycan-Litva biznes-forumunun açılışında iştirak edəcək. Biznes-foruma Azərbaycandan 50, Litvadan isə 100 iş adamının qatılacağı gözlənilir. Bu gün Azərbaycan prezidentinin Litvanın baş naziri və parlament sədri ilə görüşləri də olacaq. Sabah dövlət başçısı Klaypeda limanına gedəcək və günün ikinci yarısında vətənə dönəcək. Səfər zamanı informasiya texnologiyaları, kommunikasiya, vergi xidmətləri, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR