Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinə aksiya keçirməyə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinə aksiya keçirməyə icazə verməyib
# 13 sentyabr 2007 08:24 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMİK) sentyabrın 14-də paytaxtın Füzuli meydanı və ya T. Bəhramov adına Respublika Stadionunun qarşısında “Avropaya marş” adlı aksiya keçirməklə ilə bağlı müraciətinə mənfi cavab verib. AAMİK-nin üzvü İlqar Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti AAMİK-in həmin yerlərdə aksiya keçirməsini məqsədəuyğun hesab etməyib. Cavab məktubunda bildirilib ki, təşkilatın müraciəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müvafiq müddəalarına ziddir. Belə ki, qeyd olunan yerlər paytaxtın nəqliyyatın və əhalinin gediş-gəlişinin çox olduğunu ərazilər olduğundan, bu meydanlarda hər hansı aksiyanın keçirilməsi məqsədəuyğun deyil. İ. Məmmədov isə deyib ki, “Avropaya marş” adlı aksiyanı keçirməkdə israrlıdırlar və yaxın günlərdə növbəti dəfə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR