Bank Of Baku

ATƏT-in mənzil-qərargahında terror qurbanlarının problemlərinə həsr olunmuş konfrans başlayıb

ATƏT-in mənzil-qərargahında terror qurbanlarının problemlərinə həsr olunmuş konfrans başlayıb
# 13 sentyabr 2007 08:37 (UTC +04:00)
Bu gün ATƏT-in mənzil-qərargahında terror qurbanlarının problemlərinə həsr olunmuş iki günlük konfrans başlayıb. ATƏT-dən APA-ya verilən məlumata görə, konfransda ATƏT üzvü olan bütün ölkələrin 200-ə yaxın nümayəndəsi iştirak edir. Konfransın əsas mövzusu terror qurbanlarına real kömək etməklə bağlıdır. Konfrans iştirakçıları terror qurbanlarını himayə etmək işinə hakimiyyət orqanlarının və qeyri-hökumət təşkilatları təsiri barədə fikir mübadiləsi aparacaq, mövcud proqramların təkmilləşdirilməsi üsullarını qeyd edəcək, vətəndaş cəmiyyətinin bu məsələdə rolunu müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR