Bank Of Baku

Göyçayda Qafqaz İslam Ordusunun Azərbaycana daxil olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib

Göyçayda Qafqaz İslam Ordusunun Azərbaycana daxil olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib
# 13 sentyabr 2007 08:38 (UTC +04:00)
Göyçayda Qafqaz İslam Ordusunun Azərbaycana daxil olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, konfrans Türkiyənin Azərbaycandakı səfirliyi, Tərxis Olunmuş Zabitlərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Türkiyə Universitetləri Məzunları Birliyi tərəfindən təşkil olunub. Tədbir iştirakçıları öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsini, Şəhidlər Xiyabanını və Bığır kəndindəki naməlum türk əsgərinin məzarını ziyarət ediblər. Göyçay Rayon İcra Hakimiyyətinin binasında keçirilən konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra Qafqaz İslam Ordusunun şəhid əsgərlərinin xatirəsi anım sükutu ilə yad olunub. Çıxış edənlər Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməsindən, Türkiyə-Azərbaycan dostluğundan söz açıblar. Sonda mövzu ilə bağlı 15-20 dəqiqəlik sənədli film göstərilib. Tədbir Heydər Əliyev parkında konsert proqramı ilə davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR