Bank Of Baku

Avrasiya İnsan Haqları Dərnəkləri Federasiyası yarana bilər

Avrasiya İnsan Haqları Dərnəkləri Federasiyası yarana bilər
# 13 sentyabr 2007 09:06 (UTC +04:00)
Avrasiya regionuna daxil olan bir çox ölkə, o cümlədən türkdilli dövlətlərin iştirakı ilə Avrasiya İnsan Haqları Dərnəkləri Federasiyasının yaradılması müzakirə olunur. Bu barədə APA-ya millət vəkili Qənirə Paşayeva məlumat verib. O bildirib ki, Türkiyə İnsan Haqları Dərnəkləri Federasiyasının rəhbəri Abdulla Buksur bu məqsədlə Bakıya gəlib. Federasiyanı yaratmaqda məqsəd Avrasiya regionunu narahat edən məsələləri beynəlxalq təşkilatlarda qaldırmaqdır. A. Buksurun regiona səfərinə Gürcüstandan başlayıb. O, azərbaycanlıların kompakt yaşadığı bölgədə olub. A. Buksur səfər barədə Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun sədri Qənirə Paşayeva ilə fikir mübadiləsi aparıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR