Bank Of Baku

Akif Nağı gənclər və idman naziri Azad Rəhimovla görüşüb

Akif Nağı gənclər və idman naziri Azad Rəhimovla görüşüb
# 13 sentyabr 2007 09:38 (UTC +04:00)
“Qarabağ Azadlıq Təşkilatı sentyabrın 17-də Bakıda başlanacaq güləş üzrə böyüklər arasında dünya çempionatında Ermənistan idmançılarının iştirakına maneçilik törətmək üçün müvafiq yerlərdə aksiyalar keçirəcək”. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı APA-ya bildirib ki, bu barədə bir neçə gün öncə gənclər və idman naziri Azad Rəhimovla görüşündə də həmin məsələ haqda danışıb. A. Nağının sözlərinə görə, gənclər və idman naziri yarışın əhəmiyyətindən söz açıb, beynəlxalq yarışların Azərbaycanda keçirilməsinin zəruriliyini vurğulayıb. A. Nağı görüşdən sonra hər kəsin öz fikrində qaldığını da diqqətə çatdırıb: “Ermənistanı təmsil edən heç bir şəxsin Azərbaycanın paytaxtına gəlməsini və erməni bayrağını Bakıda qaldırmasını məqsədəuyğun hesab etmək olmaz. Biz ölkənin bütün idman ictimaiyyətini erməni güləşçilərinin Bakıya səfərinə qarşı fəal vətəndaş mövqeyindən çıxış etməyə, işğalçı Ermənistanın bayrağının paytaxtımızda dalğalanmasına, erməni himninin səsləndirilməsinə razı olmamağa, məşqçiləri, güləşçiləri və hakimləri bu çempionatda iştirakdan imtina etməyə çağırırıq”. O, aksiyaların Heydər Əliyev Beynəlxalq Hava Limanından başlanacağını qeyd edib: “Bizdə olan məlumata görə, erməni güləşçilər sentyabrın 15-də Tiflis-Bakı təyyarə reysi ilə Bakıya gələcəklər. QAT üzvləri həmin gün hava limanında Bakıya gələn bütün reysləri nəzarətdə saxlayacaqlar və buna uyğun addım atılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR