Bank Of Baku

Ariel Kohen: “Azərbaycanın qlobal raketdən müdafiə sistemi layihəsində iştirakı Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıracaq”

Ariel Kohen: “Azərbaycanın qlobal raketdən müdafiə sistemi layihəsində iştirakı Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıracaq”
# 13 sentyabr 2007 09:58 (UTC +04:00)
- Cənab Kohen, dövlət katibinin müavini Con Hud bəyan edib ki, rəsmi Vaşinqton rusların nəzarətində olan obyektləri raketdən müdafiə sisteminə qoşmağa razıdır. Lakin bu sistemin tərkibi və strukturu barədə fərqli mövqedə olan Rusiya və ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəsi mümkündürmü?
- Hesab edirəm ki, Qəbələ radiolokasiya stansiyasının coğrafi və geosiyasi baxımdan çox böyük potensialı var və bu obyekt ABŞ üçün də maraqlı olacaq. Lakin Qəbələ RLS 30 il bundan əvvəl mövcud olan texnologiyalar deməkdir. Yəni, Qəbələdə olan stansiya nəzarətdə saxladığı ərazidən buraxılan raketi izləyə bilir. Lakin bu məlumat həmin obyektin müəyyən həddən sonra vurulmasını təmin etmir. ABŞ-a isə raketin havasız hündürlükdə belə məhv edilməsini təmin edən sistem lazımdır. Vaşinqtonun Avropada quraşdırmaq istədiyi sistem məhz belə hallar üçün, yəni, raketlərin kosmosda vurulması imkanları üçün nəzərdə tutulub. Buna görə ABŞ elə alternativlər axtarır ki, Qəbələdə öz radarlarını yerləşdirməklə raket buraxılan an onu izləsin və daha sonra Avropada mövcud olan obyektlər vasitəsi ilə təhlükəni aradan götürə bilsin. Bu ideyaların reallaşdırılması indi tamamilə Rusiyadan asılıdır. Rəsmi Moskva atacağı addımlarla sübut edəcək ki, o, ABŞ və Qərblə yaxınlaşmaq istəyir, yoxsa gərginliyi artırmaq məqsədi daşıyır. Mən bildiyimə görə, Amerika yalnız Qəbələdən istifadə edərək Avropada olan planlarından imtina etmək niyyətində deyil. Rəsmi Vaşinqton həm Avropada quracağı raketdən müdafiə sistemindən, həm də Qəbələ radiolokasiya sistemindən istifadə etmək istəyir.
- Yaxın Şərq və İran üzrə mütəxəssis olaraq bilirsiniz ki, İran regionda onun maraqlarına zərbə vura biləcək istənilən layihəyə qarşı sərt reaksiya verir. ABŞ-ın Qəbələ RLS-dən istifadəsi Azərbaycan üçün hansı təhlükələr yarada bilər?
- Hesab etmirəm ki, İranın Azərbaycanda daxili vəziyyəti gərginləşdirməyə gücü çatsın. Azərbaycanlıların əksəriyyəti öz dövlətləri və prezidentlərinə sadiqdir və İran cəmiyyətinin çatışmazlığını gözəl bilirlər. Digər tərəfdən əgər iranlıların niyyəti təmizdirsə, onları niyə Qəbələ RLS-də amerikanların olması narahat etməlidir? Yalnız kinli niyyətə malik olanlar ABŞ-ın Qəbələ RLS-dən istifadəsinə qarşı çıxırlar.
- Neft məsələsində olduğu kimi, Qəbələ RLS məsələsində də ABŞ-la Rusiyanın maraqları üst-üstə düşsə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edilmə ehtimalı artacaqmı?
- Mənə elə gəlir ki, Azərbaycan regionun bütün qüvvələri ilə isti münasibətlərin saxlanmasında maraqlı olmalıdır. Mən bura ilk növbədə Moskva, Tehran və Vaşinqtonu aid edərdim. Eyni zamanda unutmaq lazım deyil ki, raketdən müdafiə sisteminin Qəbələdə yerləşdirilməsi təkcə ABŞ-ın yox, bütün dünya ictimaiyyətinin marağındadır. Ona görə də Azərbaycanın qlobal raketdən müdafiə sistemi layihəsində iştirakı digər üstünlüklərlə yanaşı, ölkənizə Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmağa da kömək edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR