Bank Of Baku

Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin Tehrana səfəri planlaşdırılır

Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin Tehrana səfəri planlaşdırılır
# 13 sentyabr 2007 10:50 (UTC +04:00)
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin Tehrana səfəri planlaşdırılır. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, səfər çərçivəsində parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi haqda fikir mübadiləsi aparılacaq. Onun sözlərinə görə, İran parlamentinin sədri Qulaməli Həddad Adilinin Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələ də müzakirə olunacaq.
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü Eldar İbrahimov isə deyib ki, Tehrana səfərləri nəzərdə tutulsa da, vaxt hələ dəqiqləşdirilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR