Bank Of Baku

Azərbaycan hakimiyyəti ilə Venesiya Komissiyasının müzakirələrinə siyasi partiyalar da dəvət olunacaq

Azərbaycan hakimiyyəti ilə Venesiya Komissiyasının müzakirələrinə siyasi partiyalar da dəvət olunacaq
# 13 sentyabr 2007 11:18 (UTC +04:00)
Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti arasında Bakıda keçiriləcək dəyirmi masaya siyasi partiyaların nümayəndələrinin də dəvət olunması nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, siyasi partiyalar hər zaman seçkilərlə bağlı müzakirələrə dəvət olunublar: “Prosesin indiyə qədər olan hissəsində partiyaların iştirak etməməsinin səbəbi odur ki, partiyaların əksəriyyəti qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflərini Venesiya Komissiyasına göndəriblər və başqa təklifləri yoxdur. Digər tərəfdən, istənilən siyasi partiya öz fikirlərini cəmiyyətə çatdırmaq imkanındadır. İndi elə bir zamandır ki, hansısa pərdəarxası danışıqlar aparıb, onu cəmiyyətdən gizlətmək mümkün deyil. Sadəcə, bəzi qüvvələr çalışır ki, sensasiya xarakterli məsələlər ortaya çıxarsınlar. Bu da mümkün deyil, çünki Avropa dövlətləri bu mərhələni çoxdan arxada qoyublar”. Məzahir Pənahovun sözlərinə görə, dəyirmi masanın oktyabrın sonunda keçirilməsi nəzərdə tutulsa da, onun vaxtının dəyişdirilməsi və noyabrın əvvəlinə təyin edilməsi istisna olunmur. MSK sədri bunu işlərinin çoxluğu ilə izah edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR