Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının yeni sədri sentyabrın 22-də keçiriləcək plenumda seçiləcək

Azərbaycan Kommunist Partiyasının yeni sədri sentyabrın 22-də keçiriləcək plenumda seçiləcək
# 13 sentyabr 2007 11:21 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) yeni sədri sentyabrın 22-də keçiriləcək plenumda bəlli olacaq. AKP-nin sədr müavini Rüstəm Şahsuvarov APA-ya bildirib ki, partiyanın nizamnaməsinə görə, plenumda seçilən sədr və müavinlər qurultay tərəfindən təsdiq olunmalıdır. O, bu ilin oktyabr-noyabr aylarında partiyanın qurultayının da keçiriləcəyini qeyd edib: “Plenumun sədr və müavinləri seçmək səlahiyyəti var. Sədr postuna seçilən şəxs qurumun mərhum rəhbəri Ramiz Əhmədovun silahdaşı olmalıdır. Bu barədə vəfat etməmişdən öncə Ramiz Əhmədov öz silahdaşları ilə söhbət edib və onun vəsiyyəti plenum üzvlərinə təqdim olunacaq. Seçkidə Ramiz Əhmədovun istəyi nəzərə alınsa da, partiya demokratik dəyərlərlə idarə olunduğundan, kimin sədr seçiləcəyi indidən məlum ola bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR