Bank Of Baku

34 və 35 saylı DSK-ların yeni binalarının açılış mərasimi keçirilib

34 və 35 saylı DSK-ların yeni binalarının açılış mərasimi keçirilib
# 13 sentyabr 2007 11:32 (UTC +04:00)
Bu gün 34 saylı Xətai ikinci və 35 saylı Xətai üçüncü seçki dairələrinin Dairə Seçki komissiyalarının (DSK) yeni binalarının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi, rayon ictimaiyyəti və seçicilər iştirak ediblər. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətaidə 4 dairənin yerləşdiyini və hər bir DSK üçün yeni binanın tikildiyini deyib. MSK sədri Məzahir Pənahov bu tədbirlərin ölkə prezidentinin tapşırığı ilə həyata keçirildiyini deyib və bunun seçki prosesinə müsbət təsir edəcəyini vurğulayıb. O, ölkədəki bütün DSK-ların iş şəraitinin yaxşılaşdırılması üçün kompleks tədbirlərin görüldüyünü bildirib.
Qeyd edək ki, 34 saylı seçki dairəsində 33 seçki məntəqəsi, 40365 seçici var. 35 saylı dairədə isə 28 seçki məntəqəsi, 38 min seçici var. Seçki dairələrinin binalarının ərazisi 400 kv. metrdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR