Bank Of Baku

ACP Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edəcək

ACP Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edəcək
# 13 sentyabr 2007 12:44 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) gələn ay Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edcək. Bu barədə APA-ya partiya sədrinin müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, ACP-nin dövlət qeydiyyatına alınması üçün 6 ay bundan əvvəl lazım olan bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, bu günə qədər dövlət qurumu onların müraciətinə heç bir cavab verməyib. Y. Abbasov bildirib ki, nazirlik qanunla müəyyən olunmuş müddətdə partiyaya cavab verməli idi: “Amma bu müddət bir neçə dəfə keçib. Ona görə də biz məhkəməyə müraciət etmək qərarına gəlmişik. Düşünürük ki, hakimiyyət dairələri qanuna əməl edib qeydiyyatımıza problem yaratmayacaq və ən azı növbəti ilin seçki ili olmasını nəzərə alaraq partiyanı dövlət qeydiyyatına alacaqlar. Amma bu olmasa, biz məhkəməyə müraciət etməklə bərabər kütləvi aksiyalar da keçirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR