Bank Of Baku

ACP-nin “Azadlıq” bloku ilə apardığı danışıqlarda nəticə yoxdur

ACP-nin “Azadlıq” bloku ilə apardığı danışıqlarda nəticə yoxdur
# 13 sentyabr 2007 12:44 (UTC +04:00)
“Azadlıq” blokunun üzvü olan partiyalarla Açıq Cəmiyyət Partiyası (ACP) arasında aparılan danışıqlarda qurumlar arasında əməkdaşlıqla bağlı hələlik heç bir konkret razılaşma yoxdur. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. Əslində tərəflər arasında intensiv danışıqların getmədiyini bildirən Ə. Əliyev bu məsələnin yalnız mətbuat tərəfindən gündəmdə saxlanıldığını qeyd edib. O, həmçinin danışıqların blokla partiya arasında yox, bloka üzv olan ayrı-ayrı partiyalarla ACP arasında aparıldığını bildirib: “Hazırkı məqamda belə danışıqlar yoxdur. Bu barədə yalnız ilkin müzakirələr aparılıb və bu məqsədlə bir görüş keçirilib. Hər hansı partiya əməkdaşlıqla bağlı konkret təkliflərlə çıxış edərsə və bizə müraciət ünvanlayarsa, o zaman blok olaraq bunu müzakirə edəcəyik. ACP-nin “Azadlıq” bloku ilə əməkdaşlığı haqda bizə hələlik heç bir rəsmi müraciət daxil olmayıb”.
ACP sədrinin müavini Yaqub Abbasov da aparılan danışıqlarda ciddi irəliləyiş olmadığını bildirib. Onun sözlərinə görə, partiya blokla müxtəlif əməkdaşlıq formaları təklif edir və hələlik bu formaların heç biri üzərində dayanılmayıb: “Bu addımın atılmasında məqsəd yalnız növbəti prezident seçkilərində birgə mübarizə aparmaqdır. Digər tərəfdən, mən düşünürəm ki, seçkilərdə bizim ayrıca xəttimiz olmalıdır. Bununla bağlı ACP-də müzakirələr aparılır”. Y. Abbasov həmçinin ACP-nin “Azadlıq” blokuna üzvlüyünün müzakirə mövzusu olmadığını qeyd edib: “Biz hər hansı blokun tərkibində fəaliyyət göstərmək fikrində deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR