Bank Of Baku

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair Rusiyanın təklifləri hazırdır

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair Rusiyanın təklifləri hazırdır
# 13 sentyabr 2007 13:06 (UTC +04:00)
“Azərbaycan telekanallarının Rusiyada, Rusiya telekanallarının isə Azərbaycanda yayımına dair texniki sazişlə bağlı Rusiyanın təklifləri bu gün səfirliyə daxil olacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Diplomat xatırladıb ki, qarşılıqlı yayım haqqında siyasi çərçivə sazişi bu ilin iyulunda imzalanıb və indi söhbət texniki anlaşmadan gedir: “Azərbaycan tərəfi iyun ayında öz təkliflərini bizə göndərib. Təkliflər Moskvada nəzərdən keçirilib və işlənib. Biz sənədi bu gün alacağıq və gecikmədən Azərbaycan tərəfə ötürəcəyik”. Qarşılıqlı yayımlanacaq telekanalların sayına gəlincə, V. İstratov bildirib ki, söhbət hələlik bir kanaldan gedir, amma siyasi saziş buna heç bir məhdudiyyət qoymur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR