Bank Of Baku

Rusiya səfiri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdiriləcəyinə inanmır

Rusiya səfiri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdiriləcəyinə inanmır
# 13 sentyabr 2007 13:50 (UTC +04:00)
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri çətin ki, Dağlıq Qarabağda yerləşdirilsin”. APA-nın məlumatına görə, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni yaradılmaqda olan sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinin mümkünlüyü haqda jurnalistlərin sualına cavabında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Diplomat bildirib ki, bu versiya barədə eşitməyib və yəqin ki, heç eşitməyəcək.
Xatırladaq ki, KTMT-nin Düşənbədə keçiriləcək növbəti yığıncağında qurumun sülhməramlı kontingentinin yaradılması haqda qərar qəbul ediləcək. Qurumda Azərbaycan ərazilərini işğal etmiş Ermənistan da təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR