Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyi Nərimanov rayonu ərazisindəki qəbristanlığın köçürülməsi prosesini izləyir

Rusiyanın Azərbaycandakı səfirliyi Nərimanov rayonu ərazisindəki qəbristanlığın köçürülməsi prosesini izləyir
# 13 sentyabr 2007 13:54 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Bakının Nərimanov rayonu ərazisindəki rus qəbristanlığının köçürülməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, diplomat jurnalistlərə açıqlamasında bunun çox həssas və mürəkkəb məsələ olduğunu söyləyib. V. İstratovun fikrincə, istənilən razılaşdırılmamış və tələskən addımlar insanlara təsirsiz ötüşməyə bilməz: “Təəssüf ki, hansısa uğursuz addımların təsiri onilliklərlə davam edə bilir. Bu cür tədbirlər çox diqqətlə hazırlanaraq həssaslıqla həyata keçirilməlidir”. V. İstratov məsələ ilə bağlı səfirliyə müraciətlər daxil olduğunu və prosesi izlədiklərini açıqlayıb. O, səfirlik nümayəndələrinin hadisə yerində olduğunu da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR