Bank Of Baku

AXCP qərargah binası almağa hazırlaşır

AXCP qərargah binası almağa hazırlaşır
# 13 sentyabr 2007 14:00 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaxın günlərdə qərargah üçün yeni bina alacaq. Partiya sədrinin müavini Nurəddin Məmmədlinin APA-ya verdiyi məlumata görə, bu məqsədlə partiya üzvlərindən maliyyə vəsaiti toplanıb və şəhərin mərkəzində yerləşən bir neçə binaya baxılıb. Onun sözlərinə görə, partiya özəl ofis alacaq və həmin yerdən qərargah kimi istifadə olunacaq. AXCP-nin torpaq sahəsi alıb qərargah tikəcəyi ilə bağlı yayılmış məlumatların isə həqiqətə uyğun olmadığını deyən sədr müavini bildirib ki, bu, yalnız təklif edilən variantlardan biri olub: “Digər tərəfdən hakimiyyət bizə bina tikməyə imkan verməzdi. Buna görə də biz hazır ofis almaq qərarına gəlmişik”. Bir neçə özəl ofisin sahibi ilə danışıqlar aparıldığını deyən N. Məmmədli yaxın günlərdə bu prosesin yeknlaşacağını və partiyanın yeni qərargaha köçəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR