Bank Of Baku

Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyaya səfər edəcək

Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyaya səfər edəcək
# 13 sentyabr 2007 14:00 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərinin nümayəndə heyəti sentyabrın 15-19-da Avstriyanın Lints şəhərində səfərdə olacaq. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.
Səfər çərçivəsində Sumqayıt nümayəndə heyəti Lints şəhərinin meriyasında, Planlaşdırma İdarəsində, Turizm Ofisində və Yuxarı Avstriya İqtisadi Palatasında görüşlər keçirəcək. Şəhərlər arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin yaradılması üçün müzakirələr aparılacaq. Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri də iştirak edəcək.
Qeyd edək ki, Sumqayıt və Lints şəhərləri arasında əməkdaşlığa dair danışıqlar 2004-cü ildən başlanıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR